Niyaməddin Musayev sirrini açıqladı

MAQAZİN
18:55 / 07.12.2024
457

Xalq artisti Niyaməddin Musayev formada qalma sirrini açıqlayıb. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, gündə cəmi iki dəfə qidalanır:

"Yuxudan duran kimi su içirəm, yarım saat idman edirəm. Ondan sonra səhər yeməyi yeyirəm: ya düyü sıyığı, ya da qarabaşaq. Təxminən saat 12-də yeyirəm. Günorta yeməyini isə saat axşam 6-da yeyirəm. Evdə nə bişsə yeyirəm. Amma çörəksiz. Ondan sonra bitir. Hərdən bir balaca çörək yeyirəm. Çayı da ancaq qəndlə içərəm". 


 

0