Aktrisa Şarliz Teron yaxın zamanda yeni münasibətlər və görüşlər planlaşdırmadığını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "YouTube" platformasında yayımlanan “The Drew Barrymore Show” verilişində danışıb.
50 yaşlı aktrisa şəxsi həyatı ilə bağlı fikirlərini bölüşüb: "Düşünmürəm ki, bir daha kiminləsə bir evdə yaşaya bilərəm. Məncə, bunun səbəbi qızlarımın hələ də mənimlə yaşamasıdır və bəlkə də bu, uşaqlar böyüyüb ayrı yaşamağa başlayanda dəyişəcək".
31 mart tarixində paparatsilər Şarliz Teronu Havay adalarında yaz tətili zamanı qızları Cekson və Avqustla birlikdə görüntüləyiblər. Aktrisa çiyinsiz, büzməli üst hissəsi olan parlaq sarı bikini və uyğun alt geyimdə olub. O, həmçinin qara gün eynəyi taxıb, saçlarını açıq saxlayıb və makiyajsız görünüb.
Samir


