Masabəyi Pünhanla müğənni Eldənizin sözü çəp gəldi: "Musiqini niyə saxladın?" - VİDEO

MAQAZİN
21:35 / 24.09.2026
36

Toy məclislərindən birində Pünhan İsmayıllı və müğənni Eldəniz Məmmədov arasında kiçik anlaşılmazlıq yaşanıb.

"Bakupost" xəbər verir ki, Pünhan Piriyevin nənəsi söz istəyib. Eldəniz isə mahnını yarımçıq saxlayaraq mikrofonu ona verib.

Bu zaman masabəyi Pünhan müğənniyə irad bildirərək, məclisdə oynayanların olduğunu və musiqininin niyə dayandırıldığını soruşub.

Tərəflər arasında inciklik yaşansa da, məsələ böyümədən həll olunub.

0