Britaniyalı qadın tanımadığı kişidən 231 min dollarlıq sərvət miras alıb

MARAQLI
16:36 / 28.07.2023
512

Anna Fillips adlı britaniyalı qadın naməlum kişidən 231 min dollarlıq sərvət alıb. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Məlumata görə, o, əvvəlcə fırıldaqçıların hədəfi olduğunu düşünüb. Lakin Anna Fillips heç vaxt görüşməməsinə baxmayaraq, yaşlı qohumundan 231 min dollar miras alıb. Qadının sözlərinə görə, ona məktub gəlib ki, bu pullar mərhum Corc Andersonun sərvətinin bir hissəsidir.

“Mən dərhal bunun fırıldaq olduğunu düşündüm. Həyatımda bu adam haqqında eşitməmişəm”, deyə qadın bildirib.

Anderson vəsiyyətnamə qoymadan ölüb. Adamın yalnız bir uşağı olub və evli olmayıb. Mütəxəssislər və hüquqşünaslar onun ailə ağacını öyrənməyə başlayanda, dünyanın hər yerindən qohumlarını tapıblar, onların arasında Anna da olub.

"Onu heç tanımamağım və ya heç vaxt görüşməməyimiz çox ayıbdır", deyə Anna Fillips bildirib.

Anna əlavə edib ki, qəfil miras ona və ərinə ipotekanı vaxtından əvvəl ödəməyə kömək edib: "Pulun bir hissəsini uşaqlara verdik".

Samir

0