Avstraliyadakı geniş meşə yanğınlarının yalnız təbii səbəblərdən - ildırım çaxması və ya istilərdən yaranmadığı məlum olub.
Hit.az xəbər verir ki, alimlər bir neçə il bundan əvvəl heyrətamiz və şok gerçəyi aşkar ediblər.
Məlum olub ki, bəzi yırtıcı quş növləri, məsələn, Qara çalağan yanğını qəsdən yayaraq onu öz xeyirlərinə istifadə edirlər. Alimlər tərəfindən “atəşquşu” adlandırılan bu quşların alovlanan meşə yanğını sərhədindən yanar budaqları pəncələrinə götürüb hələ yanmamış yerlərə apardıqları və orada ataraq yanğını yaydıqları müşahidə edilib. Bu, təbiətin ən qəddar və ağıllı strategiyalarından biridir.
Bəs quşlar bu qədər ağıllı və qəddar ola bilərmi?
Tibbi və elmi araşdırmalar bu davranışın birbaşa ovlama ilə bağlı olduğunu sübut edir. Belə ki, meşə yanğını yayıldıqca, kiçik heyvanlar - kərtənkələlər, həşəratlar, siçanlar və digər gəmiricilər gizləndikləri yerlərdən qaçmağa məcbur olurlar. Üstəlik, quşlar bu “yanğın kənarında” pusqu qurub qaçan heyvanları asanlıqla ovlayırlar. Yəni yanğın onlar üçün təbii “ov süfrəsi” yaradır.
Təbii olaraq bu fakt alimləri və yerli sakinləri şoka salıb. Çünki bu, heyvanların yalnız alovdan qaçmadığını, həm də onu alət kimi istifadə edərək strateji bir şəkildə yaya bildiyini göstərir. Bu davranışın meşə yanğınlarının miqyasını əhəmiyyətli dərəcə də artırdığı və yanğınsöndürənlərin işini daha da çətinləşdirdiyi düşünülür.
Pərviz


