2026-cı ilin yay mövsümündə geyimdə daha mürəkkəb və ifadəli görünüş yaradan qeyri-adi rəng kombinasiyaları trend olacaq.
HİT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə stilist və aksesuar dizayneri Anna Skoroxodova bildirib.
Mütəxəssisin sözlərinə görə, qarşıdakı yay mövsümünün əsas tendensiyası standart olmayan rəng birləşmələri olacaq. Bu cür kombinasiyalar obrazı daha “bahalı” və “intellektual” göstərir.
Ən aktual rəng cütlükləri bunlar olacaq:
* krem-sarı və soyuq boz
* səma mavisi və şokolad tonu
* laym və süd rəngi
* pudra çəhrayı və xaki/olive tonları
Stilist vurğulayıb ki, süd rəngi, karamel, krem, qum, qrafit, zeytun, terakota və tünd mavi kimi çalarlar obrazı daha “bahalı” göstərir. Bu rənglər səliqə, düşünülmüş üslub və status hissi yaradır. Parlaq rənglər isə bəzən obrazı yükləyə və vizual bütövlüyü poza bilər.
“Rəngin qavranılmasında parça fakturası da mühüm rol oynayır. Eyni rəng materialdan asılı olaraq fərqli görünə bilər: kətan təbii və zərif effekt yaradır, pambıq struktur və təravət verir, ipək dərinlik və lüks hissi artırır, satin isə rəngin intensivliyini gücləndirir. Məsələn, səma mavisi təbii parçalarda sintetik materiallara nisbətən daha bahalı görünür”, deyə ekspert izah edib.
O həmçinin yay qarderobuna bəzi universal geyimlərin əlavə olunmasını tövsiyə edib:
* açıq rəngli kətan kostyumlar
* boş kəsimli ağ köynəklər
* təbii tonlarda əsas top-lar
* midi və ya maksi paltarlar
* orta uzunluqlu ətəklər
* minimalist sandallar
* neytral rəngli strukturlaşdırılmış çantalar
Bu elementlər həm gündəlik, həm də daha yığcam şəhər üslublu obrazlarda asanlıqla birləşdirilə bilər.
Samir


