Bu gün tarixin vərəqlərində 11 iyundayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycan və dünya tarixində bir sıra mühüm hadisələr yaşanıb.
Həmçinin, çox sayda görkəmli şəxsin doğum və vəfat günü məhz 11 iyuna təsadüf edir. Bu gün Hondurasda Tələbə Günü kimi qeyd olunur. İndi isə tarixin 11 iyununa nəzər salırıq...
11 iyunda baş verənlər:
1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya İtaliyanı bombalayıb. 1993-cü ildə Azərbaycan və Belarus arasında diplomatik əlaqələr qurulub. 2016-cı ildə Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2022-ci ildə minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çempion olub.
11 iyunda doğulanlar:
1952-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi İsrafil Şahverdiyev, 1896-cı ildə maarifçi Qəribsoltan Məlikova, 1913-cü ildə Xalq artisti, aktrisa Hökümə Qurbanova, 1923-cü ildə Əməkdar rəssam Mahmud Tağıyev, 1945-ci ildə sabiq futbolçusu və məşqçi Vladimir Bruxti dünyaya gəlib.
Həmçinin, 1864-cü ildə alman bəstəkar Rixard Ştraus, 1884-cü ildə türk yazıçı Xalidə Ədib Adıvar, 1933-cü ildə amerikalı aktyor Cin Uaylder və 1999-cu ildə alman futbolçu Kay Haverts doğulub.
11 iyunda vəfat edənlər:
1975-ci ildə dövlət xadimi Sadıq Rəhimov, 1987-ci ildə xanəndə, bəstəkar Qulu Əsgərov, 2004-cü ildə tarixçi İqrar Əliyev, 2008-ci ildə Əməkdar rəssam Gennadi Brijatyuk və 2020-ci ildə Xalq artisti, xanəndə Teymur Mustafayev vəfat edib.
Həmçinin, 1847-ci ildə ingilis səyyah Con Franklin, 1859-cu ildə Avstriya kansleri Klemens Metternix, 1974-cü ildə italiyalı filosof Yulius Evola və 1979-cu ildə amerikalı aktyor Con Ueyn dünyasını dəyişib.
Pərviz


