Bu gün tarixin vərəqlərində 12 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
12 oktyabra bəzi görkəmli şəxslərin doğum və ya vəfat günü təsadüf edir. Bu gün Ekvatorial Qvineyada Müstəqillik Günü, Hondurasda isə Kolumb Günüdür. Beləliklə, tarixin 12 oktyabrına nəzər salırıq.
12 oktyabrda baş verənlər:
1813-cü ildə Qacar dövləti və Rusiya imperiyası arasında tarixi Gülüstan müqaviləsi imzalanıb. 1997-ci ildə “Space TV” təsis edilib. Həmçinin e.ə. 539-cu ildə II Kirin ordusu Babili ələ keçirərək Babil imperiyasına son qoyub, 1492-ci ildə Xristofor Kolumbun ilk ekspedisiyası Karib dənizinin sahilində San Salvador adasına çatıb.
1944-cü ildə İkinci Dünya Müharibəsi zamanı Afinanın Alman işğalına son qoyulub. 1968-ci ildə Ekvatorial Qvineya İspaniyadan müstəqillik qazanıb. Həmin ildə həm də Mexikoda XIX Yay Olimpiya Oyunları keçirilib. 1991-ci ildə SSRİ Prezidenti Qorbaçov və digər respublika rəhbərlərinin iştirak etdiyi Dövlət Şurasının iclasında KQB-nin ləğvi barədə qərar qəbul edilib. 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı türk yazıçı Orhan Pamuka verilib.
12 oktyabrda doğulanlar:
1992-ci ildə azərbaycanlı futbolçu Qara Qarayev, 1537-ci ildə İngiltərə və İrlandiya kralı VI Eduard, 1919-cu ildə amerikalı aşpaz Doris Miller, 1928-ci ildə Türkiyənin dövlət xadimi Türkan Akyol, 1929-cu ildə rusiyalı aktyor Rolan Bıkov, 1935-ci ildə italiyalı opera müğənnisi Luçano Pavarotti, 1962-ci ildə italiyalı müğənni Luka Karboni, 1963-cü ildə yapon kinorejissoru və animatoru Satoşi Kon, 1968-ci ildə avstraliyalı aktyor Hyu Cekman, 1974-cü ildə türk müğənni Ebru Gündeş, 1980-ci ildə braziliyalı yüngül atlet Qrasiete Santana, 1981-ci ildə türk aktyoru Engin Akyürek, 1986-cı ildə çinli həkim Li Venlian və 1992-ci ildə amerikalı aktyor Coş Hatçerson doğulub.
12 oktyabrda vəfat edənlər:
1867-ci ildə zadəgan və generalı Cəfərqulu ağa Bakıxanov, 1937-ci ildə dahi şair Əhməd Cavad və 1990-cı ildə Aşıq Mikayıl Azaflı dünyasını dəyişib.
Həmçinin, 1576-cı ildə Müqəddəs Roma imperatoru II Maksimillian, 1590-ci ildə yapon rəssam Kano Eytoku, 1870-ci ildə ABŞ generalı Robert Li, 1924-cü ildə fransız şairi Anatol Frans, 1987-ci ildə Türkiyənin 6-cı prezidenti Fəxri Qorutürk və 2015-ci ildə azərbaycanlı futbolçu və baş məşqçi Sakit Əliyev vəfat edib.
Pərviz

