“Mercedes-Benz”in ilk tam elektrikli “C-Class” modeli SATIŞDADIR

AVTO
17:00 / 08.10.2026
331

Almaniyanın lüks avtomobil giqantı “Mercedes-Benz” özünün ilk tamamilə elektrikli “C-Class” modelini rəsmən bazara təqdim edib. 

Hit.az xəbər verir ki, model ailəsinin regionda satışa çıxarılan ilk təmsilçisi olan “C 400 4MATIC AMG” komplektasiyası həm yüksək texnoloji göstəriciləri, həm də təklif etdiyi sürüş diapazonu ilə diqqət cəlb edir.

Tam ötürməli (4MATIC) sistemlə təchiz edilmiş yeni elektromobil güclü dinamik xüsusiyyətlərə malikdir. Avtomobil 489 at gücü və 800 Nm anlıq fırlanma anı (tork) hasil edir. Bu güc sayəsində nəqliyyat vasitəsi 0-dan 100 km/saat sürəti cəmi 4 saniyəyə yığır. Üstəlik, maşınla birlikdə gələn 94 кVt/saatlıq batareya bloku qarışıq rejimdə 709 kilometr, şəhəriçi istifadədə isə 805 kilometrədək qət imkanı yaradır.

Bundan başqa, avtomobildə tətbiq edilən 800 voltluq elektrik arxitekturası 330 кVt-a qədər DC (sabit cərəyan) sürətli şarj texnologiyasını dəstəkləyir. Batareya enerjisini isə 10%-dən 80% səviyyəsinə çatdırmaq üçün cəmi 22 dəqiqə vaxt yetərlidir. Hətta sürücülər cəmi 10 dəqiqəlik sürətli şarj prosesi ilə avtomobilə əlavə 325 kilometrlik gediş məsafəsi qazandıra bilirlər.

Elektrikli “C-Class” 470 litrlik arxa baqaj tutumu ilə yanaşı, kapotun altında yerləşən 101 litrlik əlavə ön baqaj bölməsi (frunk) sayəsində genış saxlanma sahəsi təqdim edir. Həmçinin, avtomobilin lüks kabinəsində generativ süni intellekt dəstəkli yeni “MBUX” rəqəmsal köməkçisi və idarəetmə panelini boydan-boya əhatə edən 39,1 düymlük giqant “Hyperscreen” displeyi yer alır. 

Pərviz

0