"İki övladımızı böyüdürəm, ailəm vacibdir" - Evliliklərindən danışdı

MARAQLI
10:54 / 09.10.2026
94

Xəbər verdiyimiz kimi, Xalq artisti Emin Ağalarovun atası, iş adamı Araz Ağalarov gənc həyat yoldaşı Alyonanın yeni mağazasının açılış mərasiminə qatılıb.

Axşam.az xəbər verir ki, 70 yaşlı milyarder həyat yoldaşının ev tekstili, mebel və interyer əşyalarının satılacağı butikinin açılış mərasimində ona dəstək olub.

27 yaşlı Alyona biznes qurmaq qərarına gəldiyini və bu yolda ərinin ona dəstək olduğunu bildirib. O, Araz Ağalarovun fikirlərinə önəm verdiyini, həyat yoldaşının onun üçün əsas motivasiya mənbəyi olduğunu söyləyib.

Araz Ağalarov isə həyat yoldaşının layihəsinin uğurlu olacağına inandığını vurğulayıb. İş adamı ev rahatlığının onun üçün də ailə həyatının vacib hissəsi olduğunu deyib. O, interyerdə təbii parçalara üstünlük verdiyini və hər bir detalın onun üçün önəmli olduğunu qeyd edib.

Alyona bildirib ki, Araz Ağalarovla nikahından dünyaya gələn iki övladını böyüdür. O, gələcəkdə uşaqlar üçün ev tekstili kolleksiyası yaratmağı da planlaşdırır.

“Evim, ailəm mənim üçün sahib olduğum ən vacib şeydir” deyə, Alyona əlavə edib.

Qeyd edək ki, Araz Ağalarovun gənc xanımla evli olduğu 2026-cı ilin yazında məlum olub. Cütlüyün iki oğul övladının olduğu da həmin vaxt üzə çıxıb. Emin Ağalarov atasının evliliyindən mediadan xəbər tutduğunu açıqlayıb. 

0