Bakının çökən kafeləri: icarə pulu verilmir, sahibləri isə... - FOTO

ÖLKƏ
17:01 / 05.08.2020
1387

Paytaxtda sərt karantin yumşalsa da, kafe-restoranlar hələ də fəaliyyət göstərmir.

HİT.Az xəbər verir ki, ictimai iaşə obyektlərinin bağlı qalması bu sektoru diz çökdürüb.

Əməkdaşımız şəhərin bir neçə kafesinə baş çəkib və sahiblərindən öyrənib ki, icarə haqlarını ödəmirlər. Onların sözlərinə görə, obyekt sahibləri kafe işlədənlərin vəziyyətini bildiyi üçün icarə haqqı tələb etmir.

Kafe sahibləri deyirlər ki, minlərlə belə xidmət sahələrində iş dayanıb, yüzlərlə insan işsiz qalıb. Onlara deyilib ki, mərhələli şəkildə karantinin yumşalması nəzərdə tutulsa da, kafe-restoran karantindən ən sonda çıxacaq. 

0