Üç abituriyent imtahandan qovuldu - SƏBƏB

ÖLKƏ
17:03 / 13.08.2020
793

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, imtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün həmin şəxslər imtahandan xaric olunub.

0