ABŞ Çinini nüvə silahları üzrə danışıqlara cəlb etmək istəyir

DÜNYA
14:59 / 22.07.2026
45

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Çin Xalq Respublikasının ABŞ və Rusiya ilə birlikdə nüvə silahlarına nəzarət üzrə danışıqlarda iştirak etməsinin tərəfdarıdır. 

HİT.az xəbər verir ki, Rubio bu fikirləri Filippində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) nazirlər səviyyəsində tədbirləri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

"Mən hesab edirəm ki, Prezident Donald Tramp haqlı olaraq bildirir ki, XXI əsrdə silahlara real nəzarət üçtərəfli olmalıdır. Bu prosesdə ABŞ, Rusiya və Çin iştirak etməlidir", deyə Rubio vurğulayıb.

Rubionun sözlərinə görə, Donald Trampın mövqeyi ondan ibarətdir ki, müasir şəraitdə nüvə arsenallarının məhdudlaşdırılması ilə bağlı aparılan danışıqlar mütləq Çin tərəfini də əhatə etməlidir. O bildirib ki, buna səbəb Çinin öz nüvə arsenalını sürətlə genişləndirməsidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 17-də Fransada keçirilən "G7" sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Vaşinqtonun Rusiya və Çinlə nüvə arsenallarının azaldılmasına dair razılaşma əldə etməkdə maraqlı olduğunu bəyan etmişdi.

Samir

0