Əli Həsənov səhhətindən danışdı (YENİLƏNİB)

ÖLKƏ
14:40 / 20.08.2020
4154

"Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək”.

Bunu Publika.az-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov səhhəti ilə bağlı danışarkən deyib.

Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək: "Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.

10.00

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.

Bu haqda məlumatı Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov yayıb. O bildirib ki, son günlər Ə. Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb və ev şəraitində müalicə alıb.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib. Əli Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

O 2013-cü ildə ciddi bir infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılmışdı və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatına məruz qalmışdı.

3