Rəşad Dağlı əfv olunacaq? - AÇIQLAMA

ÖLKƏ
12:25 / 31.07.2026
183

Azərbaycanda əfv sərəncamı ərəfəsində hər dəfə olduğu kimi bu dəfə də cəmiyyətin diqqəti tanınmış məhkumların üzərinə yönəlib. 

Son günlər meyxanaçı Rəşad Dağlının adının mümkün əfv ediləcək şəxslər arasında hallanması geniş müzakirələrə səbəb olub. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun səsləndirdiyi açıqlama bu ehtimalları daha da gücləndirib. 

Görəsən, Rəşad Dağlı həqiqətən də əfv siyahısına daxil edilə bilərmi, yoxsa bu, hələlik yalnız müzakirə mövzusudur?

Hüquq müdafiəçisi Səadət Bənanyarlı Hit.az-a açıqlamasında bildirib ki, əfv sərəncamının verilməsi ölkə başçısının səlahiyyətində olan məsələdir:

406059

"Əfv siyahısında istənilən məhkum adı ola bilər. Ancaq kimin əfv olub-olmayacağı hələ bəlli deyil. Əfvetmə ilə bağlı qüvvədə olan Əsasnamənin 8.3-cü bəndinə əsasən, ağır və ya xüsusilə ağır cinayətə görə azadlıqdan məhrum edilən şəxslər yalnız təyin olunmuş cəza müddətinin azı 50 faizini başa vurduqdan sonra əfv olunmaları üçün müraciət etmək hüququ əldə edirlər".

Günel Cəlilova

0