Novxanının ən hündür və bahalı ərazisində dəbdəbəli villa satılır - FOTOLAR

ÖLKƏ
19:36 / 28.07.2026
114

Abşeron yarımadasının ən mənzərəli və prestijli yaşayış məskənlərindən biri olan Novxanı kəndinin ən hündür və bahalı ərazisində premium sinfə məxsus möhtəşəm villa satışa təqdim olunur.

Dəniz mənzərəsi və xüsusi arxitekturası ilə seçilən bu mülk, həm rahat yaşayış, həm də gələcəkdə genişlənmə imkanları ilə diqqəti cəlb edir.

Mülkün Əsas Texniki Göstəriciləri və Konstruksiyası

• Ümumi tikili sahəsi: 350 m² (həyətyanı sahədəki tikililər daxil olmaqla)

• Mərtəbə sayı: 2 mərtəbə

• Konstruksiya özəlliyi: 1-ci və 2-ci mərtəbələrarası örtük tam monolit betondur. Bu xüsusiyyət alıcıya istəyə uyğun olaraq gələcəkdə mülkün üzərində əlavə mansard və ya tam 1 mərtəbə də qaldırmaq imkanı yaradır.

 

Mərtəbələr üzrə bölgü və otaq siyahısı

1-ci çərtəbə:

• Qonaq otağı (Zal): 45 m² genişliyində

• Mətbəx: Müasir standartlara uyğun

• Yataq / İş otağı: 1 ədəd

• Təsərrüfat otağı: Kladovka, ütüləmə və paltaryuyan maşın üçün xüsusi ayrılmış sahə

• Sanitar qovşaq: Hamam və tualet daxil olmaqla

 

2-ci mərtəbə:

• Yataq otaqları: 4 ədəd rahat və işıqlı otaq

• Sanitar qovşaq: 2 ədəd müasir sanuzel

• Balkon: Birbaşa dəniz mənzərəsinə açılan geniş eyvan

Həyətyanı Sahə və Əlavə Tikililər

Villanın həyətyanı sahəsi maksimum rahatlıq və istirahət üçün müasir infrastrukturla təmin olunub:

• İstirahət zonaları: Bağlı söhbətgah (besedka) və xüsusi bağlı manqal otağı

• Həyət mətbəxi: Açılışlar və yay mövsümü üçün xüsusi həyət mətbəxi

• Anbarlar (Skladlar):

◦ Qış tədarükü və mürəbbələr üçün xüsusi saxlanc otağı

◦ Sair ev/bağ əşyalarının saxlanılması üçün ikinci anbar

• Həyət sanuzeli: Əlavə hamam və tualet

• Texniki zona: Kombi sistemi üçün ayrılmış xüsusi otaq

• Yaşıllıq: Müxtəlif növ bar gətirən meyvə ağaclarından ibarət baxımlı bağ sahəsi

 

Satış qiyməti

Mülkün satış qiyməti 850,000 AZN təşkil edir.

 

0