Sosial şəbəkədə yeni səhifə açanda BUNLARI EDİN

MARAQLI
14:44 / 28.07.2026
237

Sosial şəbəkələrdə hər gün minlərlə yeni səhifə açılır, amma onların böyük əksəriyyəti cəmi bir neçə həftə sonra bağlanır.

Üstəlik, bağlanma qərarını elə səhifəni açan şəxslər özləri verirlər. Bir neçə ay ərzində əziyyət çəkib qarşılıq görmədikdə səhifəni ya dondururlar, ya da tamamilə silirlər. Çünki hədəflərinə nail olmadıqları üçün həvəsdən düşürlər. Bunun əsas səbəbi isə düzgün qurulmayan strategiya və atılan səhv addımlardır.

Bəs yeni açılan səhifəni necə sürətlə böyütmək olar?

Hit.az bu suala cavab tapmaq üçün geniş araşdırma aparıb. Nəticə isə aşağıdakı kimidir:

İlk növbədə konkret bir niş seçimi olmalıdır
Yəni səhifədə hər kontent paylaşılmamalı və digərlərindən fərqlənməlidir. Yenicə başlayanların etdiyi ən böyük səhv hər şeydən bir az paylaşmaqdır. Nəticədə alqoritm səhifəni kimə göstərəcəyini təyin edə bilmir. Lakin səhifənin dar və spesifik bir mövzusu olmalıdır. İnsanlar səhifənizi görəndə 3 saniyə ərzində “Mən buranı niyə izləməliyəm?” sualına cavab tapmalıdırlar.

İlk 3 saniyə çox vacibdir
Müasir insanın diqqət müddəti bir qızıl balığınkından da azdır. Daha dəqiq desək, təxminən 3-8 saniyədir. İnsanlar barmaqlarını ekranda sürətlə yuxarı çəkəndə onları saxlayacaq bir şey lazımdır.

Videonun və ya postun ilk 3 saniyəsində maraq oyadan bir sual, gözlənilməz bir vizual və ya iddialı bir cümlə istifadə edin. “Salam dostlar, bu gün sizə...” kimi darıxdırıcı girişləri unudun. Birbaşa mətləbə keçin: “Heç kəsin sizə demədiyi bu 3 səhv...”

Paylaşım çox maraqlı olmalıdır
Səhifəni böyüdən şey “like” və ya rəy deyil, postun neçə dəfə yadda saxlanıldığı və başqalarına göndərildiyidir. Alqoritmlər buna çox diqqət edir. Ona görə həm insanların marağını cəlb edəcək, həm də onu başqaları ilə bölüşəcəyi postlar paylaşmaq lazımdır.

Keyfiyyət və kəmiyyət balansı 
Səhifəni yeni açanda alqoritmin sizin varlığınızdan xəbərdar olması üçün sabitlik şərtdir. Günlərlə yoxa çıxıb, sonra bir gündə 5 video paylaşmaq işə yaramır. İlk 1-2 ay ərzində hər gün azı 1 keyfiyyətli “Reels/Shorts” paylaşmaq ən sürətli böyümə taktiki sayılır. Qısa video formatları organik çatdırılma verən yeganə pulsuz alətdir.

İzləyicilərlə ünsiyyət
İnsanlar artıq robotlaşmış, soyuq brend səhifələrini izləməkdən beziblər. Səhifənizə “can” verin. Yəni rəylərə dərhal və səmimi cavab vermək lazımdır. “Hekayə” bölməsində kameranın arxasındakı prosesin necə getdiyini və ya səhvlərinizi göstərin. Həmçinin, sorğular edərək izləyicilərinizin fikirlərini öyrənin.

Bioqrafiya və profil
Yeni bir istifadəçi videonuzu bəyənib profilinizə keçəndə onu qarşılayan mühit peşəkar olmalıdır. Daha dəqiq desək, profil fotosu aydın, diqqətçəkən və mövzuya uyğun seçilməlidir. Bioqrafiya hissəsində səhifəni cəmi 3 cümlə ilə açıqlamağa çalışın.

Unutmayın ki, sosial şəbəkələrdə böyümək marafondur, 100 metrlik qaçış deyil. İlk 20-30 postunuz heç bir baxış toplamaya bilər. Bu da tamamilə normaldır. Əsas məsələ alqoritmin sizi tanımasına zaman vermək və həvəsdən düşmədən kontenti inkişaf etdirməkdir. Əmin olun ki, bir istiqamət seçib, davam etdirsəniz, nəticə mütləq şəkildə olacaq...

Pərviz

0