Məşhur müğənni Tərlan Novxanı yeni mahnısını təqdim edib.
Onun yeni mahnısı “Ömrüm, həyatım” adlanır. Sənətçi növbəti dəfə duet oxuyub. Tərlan Novxanının budəfəki duet ortağı isə Zenfira İbrahimovadır. İfaçı mahnını kliplə birlikdə təqdim edib.
Tərlan Novxanı yeni mahnısı barədə Hit.az-a eksklüziv açıqlama verib.
O, mahnının sözlərinin və musiqisinin özünə aid olduğunu deyib:
“Yeni mahnım “Ömrüm, həyatım”ı Zenfira İbrahimova ilə duet oxuduq. Mahnının sözləri və musiqisi mənə aiddir. Həmçinin, aranjımanı da özümə məxsus “TT Music Production” studiasında etmişik. Yəni mahnının sözləri və musiqisi özümə aid olduğu üçün onlara xərcim çıxmayıb.
Lakin klip və aranjıman üçün xərc çəkmişik. Klipin rejissoru Xəyal Hüseyndir. Mahnı və klip təxminən 4500-5000 manata başa gəldi. Bu duetimizin də seviləcəyinə inanıram. İlkin reaksiyalar da olduqca gözəldir”.
Pərviz


