Hadi Rəcəblinin nəvəsinə toy etməsiylə bağlı AİLƏDƏN AÇIQLAMA

ÖLKƏ
15:51 / 20.08.2020
1748

Bəzi KİV-lərdə sabiq deputat Hadı Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.

HİT.Az Modern.a-a istinadla bildirir ki, ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:

“Dünən “ASAN Xidmət”də Hadı Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havada 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:

“Nikah mərasimində tanınmış müğənni Emin Ağalarov  da iştirak edib. Amma nə Hadı Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Hadı Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.

0