Qadına 100 il öncə göndərilən məktub ÇATDI - FOTO

ÖLKƏ
19:26 / 12.09.2020
770

ABŞ-ın Miçiqan ştatında 30 yaşlı Brittani Kiçə poçtla təxminən 100 il əvvəl yazılan məktub göndərilib.





BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "CNN" yazır.

Aldığı məktubun 29 oktyabr 1920-ci il tarixində yazıldığını görən qadın heyrətlənib.





Belə ki, Flossi Bercess tərəfindən yazılan məktub əslində Roy Makkuin adlı şəxsə ünvanlanıb.



"Əzizlərim, ümid edirəm ki, bu məktub sizə çatanda salamat olacaqsınız. Bizdə hər şey yaxşıdır, lakin anamın dizləri çox ağrıyır. Bura çox soyuqdur. Tarix dərsimi təzə bitirdim və bir azdan yatacağam. Atam üzünü təraş edir, anam isə mənə sizin ünvanı deyir. Bir gecəlik ara verməli olacağam. Ümid edirəm nənə və baba yaxşıdırlar. Bizə yazmağı unutmayın”, - deyə məktubda qeyd olunur.

Açıqca formasında olan məktubun digər tərəfində isə "Halloween"lə bağlı şəkil təsvir olunub.



Poçt xidmətinin nümayəndəsi belə halların həmişə poçt işindəki səhvlərlə əlaqəli olmadığını izah edib. Onun sözlərinə görə, bəzən qədimi əşyalar satılan mağazalardan, bit bazarlarından və ya internetdən alınan köhnə məktublar yenidən poçt xidməti bazasına daxil edilirlər.

Berces, yaxud Makkuinin qohumlarını tanıyacaq kəsləri tapmaq ümidi ilə Brittani bu məktubun şəklini sosial şəbəkələrdə paylaşıb.







Robbi Peters adlı internet istifadəçisi rəy bölməsində Flossinin şəklini paylaşaraq, bildirib ki, tibb universiteti tələbəsi olan Florensiya (Flossi Berces - (1907-?)) bu məktubu xalası qızı Nora Bell Merdoka (1885-1977) və onun yoldaşı Roya (LaRoy Makkuin -1883-1942) yazdığını iddia edib.




 

0