Bu universitetdə plan yerləri artırıldı

ÖLKƏ
17:05 / 14.09.2020
1184

“Keçən il IV qrupda 600 baldan yuxarı nəticə göstərən 378 nəfər idi, bu il 356-dır”.

HİT.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, keçən il bu qrup üzrə 1082 nəfər 500-dən yuxarı bal toplayıb, bu il onların sayı 1022 nəfər olub. Tibb Universiteti üçün ötən il ümumi plan yeri 785 idi, bu il ümumi 975-dir, 190 yer artıb. Bura hərbi həkim işi və əczaçılıq da daxildir.

M. Abbaszadə deyib ki, IV ixtisas qrupunda 4100 plan yeri var, keçən 3710 yer idi, 10,5 faiz artım var: “Müsabiqə vəziyyəti çox olmasa da, bir az aşağı düşə bilər. 500-510-dan yuxarı bal toplayan 1022 nəfər var. Demək olar ki, onların hamısı tibb ixtisasına, stomatologiya, tibb bacısı, fizioterapiya və reabilitasiya, ictimai səhiyyə ixtisaslarına qəbul ola bilərlər. Rus bölməsində 92 nəfər 500-dən yuxarı bal toplayıb. 300-dən çox bal toplayan Azərbaycan bölməsində Seçeneov adına universitetə də qəbul ola bilər. Bu il IV qrupda dövlət sifarişli yerlərə qəbul olanlar ancaq yuxarı nəticə göstərənlər olacaq, dövlət sifarişli yerlərdə tibb ixtisasına dövlət sifarişli 580 yer verilib, bunlardan 100 yer Seçenov adına Universitetin payına düşür. 560-dan yuxarı bal toplayan 604 nəfər var, onların şansı var ki, dövlət sifarişli yerlərə qəbul olsunlar. IV qrupa plan yerlərinin sayı 4100 nəfərdirsə, 200 baldan yuxarı bal toplayan və müsabiqəyə buraxılan 3092 nəfərdir. 150 baldan yuxarı bal toplayanların sayı 3757-dir. Ümumi dövlət sifarişli 2475, ümumi müsabiqə üçün isə 3950 yer var ki, onlar həmin yerləri seçə bilərlər”.

0