AMEA zibillərin daşınmasına 1 milyon manatdan çox pul xərcləyir

ÖLKƏ
11:32 / 28.12.2020
918

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) keçirdiyi 3 tenderə yekun vurub.

Cari ilin son 4 (dörd) ayı üçün mühafizə xidmətinin satınalınması üzrə tenderin qalibi "Alov-Mühafizə” MMC olub. Şirkətlə 4,9 milyon manatlıq müqavilə bağlanılıb.

"ŞƏRQ-QƏRB” ASC-yə 2020-ci ildə nəşr və çap işlərinin satınalınmasına 2,1 milyon manat ödənilib. Akademiyanın məişət tullantılarının daşınması üzrə tenderin qalibi  isə “KASCO Vaste Servis Az-F.” şirkəti olub. Bu satınalma üzrə 1,1 milyon manatlıq müqavilə imzalanıb. 

0
Mediapost.az