Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma aparılır

ÖLKƏ
14:22 / 21.07.2026
70

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.

Bu barədə HİT.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Vital Hospital"la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Bakının Yasamal rayonunda fəaliyyət göstərən "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb.

Qeyd edilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:

"Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".

0