WSJ: ABŞ hakimiyyəti Yaxın Şərqdəki 50 min hərbçisini qoruya bilmir

DÜNYA
16:45 / 21.07.2026
73

ABŞ hakimiyyəti Yaxın Şərqdə yerləşən 50 min hərbçinin təhlükəsizliyinin təmin edilməsində çətinliklərlə üzləşib. 

HİT.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, İranın böyük ballistik raket və pilotsuz uçuş aparatları arsenalına malik olması ABŞ hərbi kontingentinin müdafiəsini çətinləşdirir.

Məqalədə bildirilir ki, yaxın vaxtlarda İranın üç raketi ABŞ-ın hava hücumundan müdafiə sistemlərini keçərək İordaniyadakı "Müvəffəq Səlti" bazasına zərbə endirib.

Zərbə nəticəsində yaşayış blokuna düşən raketlər iki ABŞ hərbçisinin ölümünə səbəb olub. Bundan əlavə, bazadakı modul tipli kazarmalar da hücuma məruz qalıb və orada daha bir naməlum şəxsin cəsədi aşkarlanıb.

"Wall Street Journal" vurğulayır ki, bu hadisələr İranın malik olduğu geniş hərbi imkanlar fonunda regiondakı bütün ABŞ kontingentinin raket və pilotsuz uçuş aparatlarının hücumlarından qorunmasının nə qədər çətin olduğunu göstərir.

Daha əvvəl İran yönümlü qüvvələr Küveytdə yerləşən ABŞ bazasındakı "HIMARS" raket komplekslərinə zərbə endirib, həmçinin Səudiyyə Ərəbistanı və İordaniyadakı obyektlərə hücumlar həyata keçirib.

Samir

0