Bu gün tarixin vərəqlərində 21 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün çox sayda tarixi hadisələrlə yadda qalıb.
21 iyul həm də bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Belçikada Milli Gün qeyd olunur. Beləliklə, tarixin 21 iyuluna nəzər salırıq.
21 iyulda baş verənlər:
1919-cu ildə Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında qərar qəbul edilib. Həmin sənədə əsasən, cinsindən, dilindən və milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün vətəndaşlar seçkilərdə iştirak edə bilərdilər. 1920-ci ildə erməni quldur dəstələri Zəngibasara basqın edərək yüzlərlə dinc sakini, o cümlədən uşaq və qadınları qətlə yetiriblər.
1940-cı ildə Ribbentrop-Molotov paktına əsasən, 3 Baltikyanı dövlət – Latviya, Litva və Estoniya SSRİ-yə ilhaq edilib. 1946-cı ildə Türkiyədə ilk çoxpartiyalı seçki keçirilib. 1983-cü ildə yaşayış məntəqəsində dünyanın ən aşağı temperaturu Antarktidanın “Vostok” stansiyasında -89,2 °C səviyyəsində qeydə alınıb. 1991-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
21 iyulda doğulanlar:
1950-ci ildə Xalq artisti, müğənni və bəstəkar Məmmədbağır Bağırzadə, 1980-ci ildə Azərbaycanəsilli böyük britaniyalı müğənni Sami Yusuf, 1858-ci ildə İspaniyalı kraliçası Avstriyalı Mariya Kristina, 1864-cü ildə ABŞ-nin birinci xanımı Frensis Klivlend, 1885-ci ildə belçikalı aktyor Jak Feyder, 1899-cu ildə amerikalı yazıçı Ernest Heminquey, 1906-cı ildə ukraynalı şair Olena Teliqa, 1936-cı ildə gürcüstanlı müğənni Nani Breqvadze, 1948-ci ildə böyük britaniyalı müğənni Yusuf İslam, 1951-ci ildə amerikalı aktyor Robin Vilyams, 1971-ci ildə böyük britaniyalı və fransız aktrisa Şarlotta Gensbur və 2000-ci ildə norveçli futbolçu Erlinq Haaland dünyaya gəlib.
21 iyulda vəfat edənlər:
1920-ci ildə dövlət xadimi Aslan bəy Qardaşov, 2020-ci ildə dövlət xadimi Nailə Bağırova, 1922-ci ildə türkiyəli dövlət xadimi Camal paşa, 1952-ci ildə Meksikanın 34-cü prezidenti Pedro Laskurain, 1967-ci ildə cənubi afrikalı siyasətçi Albert Lutuli, 1970-ci ildə sovet arxeoloqu Mixail Gerasimov, 2000-ci ildə latviyalı şahmatçı Vladimir Bağırov və 2004-cü ildə amerikalı bəstəkar Cerri Qoldsmit vəfat edib.
Pərviz


