Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO

ÖLKƏ
14:02 / 02.01.2021
689

Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub. 

Hit.Az Xəzər tv-yə istinadla xəbər verir ki, Yəhyanın ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.

Yəhya Abidinov vətən müharibəsinə könüllü olaraq yollanaraq sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyülərə qoşulub. Vətən müharibəsində iştirak edən Yəhya Abidinov noyabr ayının 9-da Xocavənd istiqamətində ayağından yaralanaraq əsir düşür.

Ailəsi ən son noyabr ayının 2-də Yəhya ilə əlaqə saxlaya bilib. Yəhyanın valideynləri sonradan onun əsir düşdüyü məlumatını alıblar. Yəhya düz 34 gün düşmən əsiriliyində qalıb.

Xəzər TV-nin ailədən hazırladığı reportajı təqdim edirik:

 

0