ABŞ Prezidenti Donald Tramp Norveçi təhqiramiz ifadələrlə hədəfə alıb. O, Miçiqan ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Norveçin ona Nobel Sülh Mükafatını verməməsinə görə bu ölkəyə münasibətinin mənfi olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Port-Huron şəhərində keçirilən mitinqdə qeyri-qanuni miqrasiya məsələsindən danışan Tramp bəzi ölkələrdən miqrant qəbul etməyə hazır olduğunu, lakin Norveçdən gələnlərə eyni münasibəti göstərməyəcəyini deyib. O, bunun səbəbini Nobel Sülh Mükafatının ona verilməməsi ilə əlaqələndirib və Norveç haqqında təhqiramiz ifadələr işlədib.
ABŞ Prezidenti daha əvvəl də Norveçin Nobel Sülh Mükafatının verilməsi ilə bağlı qərarını tənqid edib. O, ölkəsinin onun rəhbərliyi dövründə bu mükafata layiq görülməli olduğunu bildirib və Norveçin qərarını ölkənin nüfuzuna xələl gətirən addım kimi qiymətləndirib.
Tramp daha əvvəl səkkiz müharibənin həllinə nail olduğunu iddia edərək Nobel Sülh Mükafatına layiq olduğunu söyləyib. Norveç Nobel Komitəsinin qərarı isə onun narazılığına səbəb olub.
Samir


