Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan senator Flavio Bolsonaru səsvermənin nəticələrinin ləğvi üçün məhkəməyə müraciət etməyə hazırlaşır. Onun seçki qərargahının hüquqşünasları Ali Seçki Məhkəməsinə təqdim olunacaq müraciəti hazırlayırlar.
HİT.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Flavio Bolsonarunun əsas etirazı bəzi bölgələrdə seçki məntəqələrinin iş vaxtının iki saat uzadılması ilə bağlıdır. Senator bu qərarı tənqid edərək, seçki qaydalarının dəyişdirilməsini qəbul etməyəcəyini bildirib.
Bununla belə, Braziliya mediasının diqqətə çatdırdığına görə, seçki məntəqələrinin iş vaxtının uzadılmasını Flavio Bolsonarunun öz seçki qərargahının hüquqşünasları da bəzi bölgələrdə xahiş ediblər. Bu məqam senatorun etirazlarının əsaslılığı ilə bağlı suallar doğurub.
Braziliyanın Baş Prokurorluğu artıq seçkilərin legitimliyini təsdiqləyib. Ali Seçki Məhkəməsinin sədri də səsvermənin etibarlılığına şübhə olmadığını bildirib. Müraciətə baxılması adətən iki həftəyədək vaxt aparır, lakin məhkəmə rəhbəri iddianı əsassız hesab edərsə, onu ilkin mərhələdə rədd edə bilər.
Bülletenlərin 100 faizi hesablandıqdan sonra hazırkı prezident Luis İnasiu Lula da Silva 51,79 faiz, Flavio Bolsonaru isə 48,21 faiz səs toplayıb.
Samir


