ÖLKƏ
13:05 / 03.12.2021
419

5 milyondan çox vəsait deputatların maaşı üçün ayrıldı

Növbəti ildə Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 (qırx iki milyon otuz altı min səkkiz yüz iyirmi iki) manat olacaq.

Hit.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb. Layihəyə əsasən, bu vəsaitdən 5 382 624 manat deputatların maaşı üçün ayrılıb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

5