Əməkdar məşqçi vəfat etdi (FOTO)

ÖLKƏ
09:28 / 04.02.2022
526

Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib.

Hit.az xəbər verir ki, sabiq sərbəst güləşçi 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəf Çöllüyev 1959 - 1964-cü illərdə milli və sərbəst güləş üzrə açıq ölkə birinciliyində 13 dəfə respublika çempionu olub. 1963-cü ildə "Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülən Çöllüyev Ümumittifaq yarışlarda da titullara sahib çıxıb.

0