ÖLKƏ
09:55 / 04.02.2022
683

Səhiyyə nazirinin 4 müavini işdən çıxarılıb, 3 yeni müavin təyin olunub - SİYAHI

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

HİT.az xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin - İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunublar.

0