Biznesmeni öldürmək istəyən azərbaycanlı belə saxlanıldı - FOTO/VİDEO

15:05 / 28.07.2022
1182
Türkiyədə çoxsaylı cinayətlərdə adı hallanan azərbaycanlı cinayət başında yaxlandığı üçün deportasiya edilib. 
 
Qaynarinfo-nun məlumatına görə, 21 iyul tarixində adı açıqlanmayan azərbaycanlı İstanbulun Mərkəz Məhəlləsi, Mərmərə küçəsindəki biznes mərkəzində biznesmenlər arasında düşən davadan sonra müəyyənləşdirilərək saxlanılıb. 
 
Belə ki, həmin gün Mərmərə küçəsindəki biznes mərkəzində ayaqqabı mağazasının sahibi Mustafa Alptekin məhsullarını vayutadəyişmə məntəqəsinin ərazisinə düzərək satmaq istəyib. Bu valyutadəyişmə məntəqəsinin sahibi ilə Alptekin arasında mübahisəyə səbəb olub.
 
Mübahisə tərəflər arasında davaya çevirilib. Əvvəllər də ofis binasının bağlanma vaxtı və əlavə ödənişlərlə bağlı gərginlik yaşayan biznesmenlərin müzakirəsi tərəflər arasında şillə-təpik davasına çevrilib. Xəbər verildikdən sonra hadisə yerinə polis qrupu göndərilib. Üzərlərində silah olduğu müəyyən edilərək nəzarətə alınan 4 nəfər ifadələri alındıqdan sonra sərbəst buraxılıb. 
 
Bu hadisə Türkiyə KİV-lərində yayımlanıb. 

 
 
Ofisdəki davadan bir gün sonra da gərginlik davam edib və məntəqəyə silahlı basqın olub. Hücum zamanı ölən və yaralanan olmasa da, bir Azərbaycan vətəndaşı saxlanılıb. Çoxlu sayda cinayət qeydi olduğu aşkarlanan şübhəli Mühacirət İdarəsi tərəfindən deportasiya edilib.
 
Silahlı hücuma məruz qalan valyutadəyişmə məntəqəsinin sahibinin vəkili Merve Şahintek bu barədə açıqlama verib. O baş verənləri belə izah edib: 
 
"Müdafiə etdiyim şəxs qeyri-rəsmi şəxslərin yığdığı pullara qarşıdır. Biznes mərkəzinin rəhbərliyində olduqlarını iddia edən şəxslər valyutadəyişmə məntəqəsinin sahibinə təzyiq göstərmək məqsədilə nəzarətlərində olduğu ayaqqabı mağazasından istifadə ediblər. Onlar ayaqqabıları gətirib məntəqənin qabağında düzüb, satmaq istəyiblər. Bu da nəticədə söz-söhbətə səbəb olub. Onların adamları valyutadəyimə məntəqəsinə soyuq və odlu silahlarla hücum ediblər".
 
0