Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə "Fortinet" şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Hit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun şirkətin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşündə aparılıb.
Görüşdə o cümlədən ali təhsil müəssisələrində "Fortinet Academic Partner Program"ın genişləndirilməsi müzakirə edilib. Eyni zamanda şirkətlə "bulud" texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.


