Uşaqlara peyvənd vurulmalıdırmı?

ÖLKƏ
18:45 / 17.11.2023
519

Bu günlərdə Səhiyyə Nazirliyi , Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalovanın “Uşaq hüquqlarının tribunası” mövzusunda tədbirini keçirib. 

 Tədbirdə hələ də övladını vaxtında  müayinəyə aparmayan, peyvənddən yayındıran  valideynlərin məsuliyyətə cəlb olunması və onlarla danışıqların aparılması ilə bağlı səsləndirilən fikirlər müzakirələrə səbəb olub. 

Valideynlər bu fikri birmənalı qarşılamayıblar və sırf peyvənd məsələsinə etibar etmədikləri üçün uşaqlarının sağlamlığına qarşı laqeyd yanaşdıqları iddialarını qəbul etməyiblər. 

Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında deyib ki, peyvənd xəstəliyi yüngül keçirmək, ağırlaşmalarla müşahidə edilməməsi üçündür:

“Danılmaz faktdır ki, kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun “faydasını” qızılca xəstəliyi yayılan zaman görürük. Qızılca peyvəndinin əks-təsiri ölümə aparmır. Qızılca epidemiyası tarixdə 100 minlərlə insanın həyatına son qoyub. Peyvənd çıxdıqdan sonra vəziyyət stabilləşib. Lakin təəssüf ki, heç bir arqumentə dayanmadan “peyvənd olmaz” deyən böyük bir qrup yaranıb. Fakt budur ki, peyvənddən kənarda qalanların hamısı xəstəliyi ağır keçirir, körpə yaşlı uşaqlar ölür. Bir daha qeyd etmək istəyirəm iki, xəstəlik ağırlaşma ilə getdikdə uşağı öldürür. Bu mənada uşaqlar mütləq peyvənd olunmalıdır”.

Sevinc

0