Qızılca Azərbaycanda epidemiyaya səbəb ola bilər? - İnfeksionistdən AÇIQLAMA

12:58 / 29.11.2023
453

Son günlərdə ölkəmizdə qızılcaya yoluxanların sayı durmadan artmaqdadır. 

Bunun xüsusilə uşaqlar arasında yayıldığını görürük. Daha çox yoluxma isə məktəblərdə baş verir. 

Maraqlıdır, qızılca ölkəmizdə epidemiyaya səbəb ola bilər? 

İnfeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında bildirib ki, qızılca uşaq infeksion xəstəliyidir:

338838

"Nəzərə almaq lazımdır ki, uşaqların hamısı peyvənd olunmayıb. Amma peyvənd olunan uşaqlar da var. Məsuliyyətli valideynlər övladlarına peyvənd vurdurublar. Bu səbəbdən də ölkəmizdə epidemiyanın olmasının gözlənilmədiyini düşünürəm. Lakin epidemiya olmasa da, hal-hazırda qızılcanın yayıldığını görürük və kifayət qədər yoluxmanı müşahidə edirik. Bu, xüsusən də rayonlar üzrə daha çoxdur".

Həkim əlavə edib ki, böyüklər qızılcaya qarşı çox həssas deyil:

"Amma onların da tək-tək yoluxması mümkündür. Ona görə də qızılca uşaqlar arasında yayılır. Xüsusilə də peyvənd olunmayan uşaqların buna yoluxduğunu qeyd etmək lazımdır".

Pərviz

0