Bu üç tarixdə doğulanların xüsusi qabiliyyətə malik olduğu iddia edilir

MARAQLI
17:24 / 17.11.2026
45

Numerologiyaya görə, ayın 15-i, 20-si və 27-də doğulan insanlar ətrafdakılara sakitlik və güvən hissi aşılamaq, onları diqqətlə dinləmək və çətin anlarda dəstəkləmək bacarığı ilə fərqlənirlər. Onların bu xüsusiyyətləri doğum tarixlərindəki rəqəmlərin simvolik mənası ilə əlaqələndirilir.

HİT.az xəbər verir ki, bu barədə “Parade” jurnalı məlumat yayıb.

Ayın 20-də doğulanlar – etibarlı dinləyicilər

Numerologiyada 20 rəqəmi 2-yə endirilir və tərəfdaşlıq, diplomatiya, harmoniya ilə əlaqələndirilir. Bu tarixdə doğulanların sakit xarakterə malik olduğu, başqalarının emosional vəziyyətini yaxşı anladığı və münaqişələrdən uzaq durmağa çalışdığı iddia edilir.

Onlar qarşı tərəfə tələsik məsləhət vermək əvəzinə, onu diqqətlə dinləməyə üstünlük verirlər. Bu səbəbdən insanların şəxsi problemlərini və başqaları ilə bölüşməkdə çətinlik çəkdikləri məsələləri onlara etibar etdikləri bildirilir.

Ayın 15-də doğulanlar – münaqişələri yoluna qoyanlar

Numeroloji yozumlara əsasən, 15 rəqəmi 6-ya endirilir. Bu rəqəm sevgi, qayğı, gözəllik və ailə rahatlığının simvolu hesab olunur.

Belə insanların ətraflarında xoş və rahat mühit yaratmağa çalışdıqları, münasibətlərdə tarazlığı qorumağa üstünlük verdikləri qeyd edilir. Mübahisə yarandıqda isə vəziyyəti yumşaltmaq üçün ilk addımı atanlardan ola bilərlər.

Numeroloqlar 15 rəqəmini astrologiyada sevgi və zövqlə əlaqələndirilən Venera planeti ilə də bağlayırlar.

Ayın 27-də doğulanlar – başqalarının dərdinə şərik olanlar

Ayın 27-də dünyaya gələnlərə isə güclü empatiya və mərhəmət hissi aid edilir. Numerologiyada bu tarix 9 rəqəminə endirilir və humanizm, bağışlamaq, qəbul etmək kimi anlayışlarla əlaqələndirilir.

İddialara görə, bu insanlar öz həyatlarında çətinliklərlə üzləşsələr də, yaşadıqları təcrübələr onları başqalarının problemlərinə qarşı daha həssas edib. Onlar insanları səhvlərinə görə mühakimə etməkdənsə, anlamağa və dəstəkləməyə çalışırlar.

Bununla yanaşı, ayın 27-də doğulanların yalnız mərhəmətli deyil, həm də qətiyyətli olduqları bildirilir. Yaxınlarını qorumağa, haqsızlıqla üzləşən insanların müdafiəsinə qalxmağa meyilli olduqları vurğulanır.

Qeyd edək ki, bu xüsusiyyətlər numeroloji və astroloji inanclara əsaslanır. Doğum tarixinin insanın xarakterini və davranışlarını müəyyən etdiyini təsdiqləyən elmi sübut yoxdur.

Samir

0