Kişilər və qadınlar bunu etdikdən sonra kökəlirlər - Ekspert

ÖLKƏ
21:13 / 06.12.2023
601

Kökəlmək son illərin ən böyük problemlərindən biridir. 

Dünyanın müxtəlif yerlərində olan insanlar bu problemə qarşı mübarizədə aparırlar. Lakin bəzən insanların kökəlməsi sürpriz şəkildə baş verir. Belə ki, kişilər siqareti tərgitdikdən, qadınlar isə pəhrizi dayandırdıqdan sonra kökəlməyə başlayırlar. 

Axı buna səbəb nədir? 

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında bildirib ki, bir çox bəylər siqaret kimi zərərli vərdişi tərgitdikdən sonra çox çəki almağa başlayırlar:

339300

"Hətta bəzən 10-15 kiloqramdan da artıq kökəlirlər. Nəzərə almaq lazımdır ki, siqaret çəkərkən ağızda olan dad reseptorlarını sıradan çıxır və iştahsızlıq yarandığına görə yeməklərdən zövq almırlar. Ancaq siqareti tərgidəndən sonrakı təxminən 5-7 gün ərzində ağızda olan dad reseptorları bərpa olunur. Bu səbəbdən də qəbul etdikləri qidanın dadını hiss etdikləri üçün daha artığını istəyirlər. 

Daha artıq qida qəbul etdikdə isə kalori və enerji balansı pozulur. Bəylər bəzən də nikotin ehtiyacını qidalardan alacaqlarını düşünürlər və daha çox yemək yeyirlər. Karbohidrat və yağ faizi yüksək olan qidaları istəyirlər, amma diqqətli qida seçimi etmək olduqca önəmlidir".

Mütəxəssis əlavə edib ki, xanımlar isə kilo vermək üçün adətən pəhriz saxlayırlar:

"Bu zaman da əsasən monoton pəhrizlərə üstünlük verirlər. Monoton pəhriz isə tək çeşidli qida qəbulunda baş verir. Belə qida qəbul edən xanımlar qısa zaman ərzində çox çəki verirlər. Lakin orqanizmdə vitamin və mineral çatışmazlığı yarandığı üçün fərqli qida istəyi yaranır. Bu zaman isə qidaları diqqət etmədən qəbul edirlər. Onda isə maddələr mübadiləsinin sürəti aşağı düşür. Həmçinin, qidalarda birdən-birə qəbul edilən qidalardakı artıq kalori sürətli şəkildə kökəlməyə səbəb olur. Ona görə də peşəkarlardan dəstək alaraq çəki verib-almağı planlamalıdırlar".

Pərviz

0