Stresslə depressiyanın fərqi

ÖLKƏ
21:04 / 16.02.2024
246

Stress sağlam həyatın düşmənidir. Lakin stress gündəlik həyatımızın bir gerçəyidir.

İnsan orqanizmi hər hansı bir qıcığa, hadisəyə reaksiya verir. Əgər bu xoşagəlinməz hadisədirsə, daha böyük stresə səbəb olur. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, normalara uyğun olmayan stress xəstəliklərə gətirib çıxarır. Bunlar həm fiziki, həm psixoloji xəstəliklər ola bilər. Psixoloji xəstəliklərə, depressiya, depressiyanın növləri, yuxusuzluq və s. aiddir: 

"Stress insanın yarandığı dövrdən, ölənə qədər həmişə var. Stressin yaş həddi yoxdur.Stress müqavimət formalarından biridir. Bu gün stress əvvəlki illərə nisbətən daha çoxdur. Depressiyada insan özünə qapana bilər, ətrafındakılarla ünsiyyət saxlamaq istəməz, stress halında isə insan fəaliyyətdə ola bilir".

Sevinc

0