İnfarkt və insultun artmasının səbəb nədir?

ÖLKƏ
19:05 / 23.02.2024
237

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir.

Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır: 

“Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.

Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük. Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir. Virus artdığı üçün bu xəstəliklər də artır".

Sevinc

0