Həddindən artıq işləməyin sağlamlığa təsiri

ÖLKƏ
21:25 / 11.03.2024
182

“İş saatının çox olması ilk növbədə insanın psixologiyasına mənfi təsir edir”. 

Bunu psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib. 

Psixoloqun sözlərinə görə, çox işləmək insanda yanma sindromu əmələ gətirir:

"Həddən artıq işləmək insanda yanma sindromu əmələ gətirir. Yanma sindromu ilə üzləşənlər artıq gördüyü işdən bezir, o işdən canını qurtarmağa çalışır. Bu sindromla üzləşən adamlar mütləq dincəlmək üçün özlərinə vaxt ayırmalıdırlar. Elə insanlar var ki, əllərində kifayət qədər pul olduğu halda özlərinə istirahət üçün vaxt ayıra bilmirlər. Bu da gələcəkdə sağlamlıqlarında ciddi problemlərə yol açır. Ümumiyyətlə, insan sevdiyi işlə məşğul olarsa, daha çox işində daha çox peşəkar olar. Bu gün iş tapmaq çətin olduğu üçün insanlar harda gəldi işləməyə məcbur qalırlar. Sevmədiyi peşə isə onu tez yorur".

Sevinc

0