İsti havada qaynar çay içilməlidirmi?

14:28 / 21.06.2024
226

Isti yay günlərində sərinləmək istəyənlər çay içməyə üstünlük verir.

İsti günlərdə çay içmək xarici mütəxəssislər tərəfindən qəbul edilmir. 

Onların fikrincə, yayda çay içmək sağlamlığa ziyandır.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, çayın tərkibində flavonoidlər var: 

“Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin , çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var. Yeməkdən sonra içilən isti çay və ya su isə insanı infarkt, beyin-damar xəstəliklərindən qoruyur. Belə ki, isti çay, mədə və bağırsaqlarda yağların tam əridilməsinə, damar divarlarına yapışmadan toxumalara daşınmasına yardımçı olur. Əksinə yeməkdən sonra içilən soyuq içkilər damar tıxanıqlığına yol açır.

Otaq temperaturunda olan suyu gün ərzində kiçik qurtumlarla içmək istidə faydalıdır".

Bundan əlavə, diyetoloq isti havalarda spirtli içkilərdən, limonad kimi şəkərli içkilərdən imtina etməyi məsləhət görüb:

"Çay içmək daha yaxşıdır, yalnız bir stəkanı qan damarlarının genişlənməsi səbəbindən bədəni həddindən artıq tərləmədən qoruyacaq. Nəticədə tər bədəndən daha tez buxarlanacaq, dərinin soyutma prosesi yaxşılaşacaq".

Sevinc

0