Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisas qruplarında ballar ARTACAQ

ÖLKƏ
14:33 / 01.08.2024
860

"Bəzi ixtisas qruplarında müəyyən dəyişikliklər olunub".

Bu sözləri təhsil eksperti Adil Vəliyev Hit.az-a açıqlamasında deyib.

O, bu dəyişikliklərdən bəhs edib:

"I qrupda abituriyentlər riyaziyyat-kimya və riyaziyyat- informatika altqrupları üzrə imtahanda iştirak edə bilərlər. Topladıqları bala nisbətən eyni anda hər iki istiqamətdə ixtisasları seçmək imkanları var. II qrupdakı bəzi ixtisaslar isə III qrupa daxil edilib. Bunlar regionşünaslıq, beynəlxaq münasibətlər kimi ixtisaslardır. IV qrupda isə keçən il olduğu kimi eyni ixtisaslar davam edir".

355189

Mütəxəssis qruplar üzrə balların artıb-artmayacağı barədə də danışıb:

"I qrupa informatika əlavə olunub. Lakin diqqət edəndə görürük ki, bəzi abituriyentlərin informatika fənni üzrə bilik səviyyəsi o qədər də güclü deyil. Ona görə də imtahanda iştirak etsələr belə, kifayət qədər bal toplaya bilmirlər. Ancaq kimya fənninə illərlə hazırlaşdıqları üçün bu istiqamətdə daha yüksək bal toplayırlar. 

Bu da I qrupda bəzi ixtisasların ballarının kəskin şəkildə artmasına, bəzilərində isə azalmasına gətirib çıxarır. Bəzi abituriyentlərin informatika fənnini daha yaxşı bilməsinə görə riyaziyyat-informatika altqrupunda müəyyən ixtisasların ballarının artacağı gözlənilir".

Adil Vəliyev II, III və IV qruplar üzrə son vəziyyəti də diqqətə çatdırıb:

"II qrupda minimal keçid balından bir az yüksək bal toplayan abituriyentlər diqqətli ixtisas seçimi etsələr, tələbə adını qazana bilərlər.

III qrupda isə rəqabət bir az daha fərqlidir. Çünki riyaziyyat fənnindən çəkinən abituriyentlər demək olar ki, III qrupa müraciət ediblər. Bu da o deməkdir ki, III qrupu seçən abituriyentlər arasında rəqabət daha çox olacaq. Burada abituriyentlər dil-tarix və tarixi-coğrafiya istiqamətində iştirak edirlər.

IV qrupda isə ənənəvi ixtisaslardır. Demək olar ki, hər il olduğu kimi Azərbaycan Tibb Universitetində olan ixtisasların ballarında müəyyən dəyişikliklərin olacağı proqnozlaşdırılır". 

Pərviz

0