Ermənilər ətraf mühiti çirkləndirir

ÖLKƏ
18:55 / 13.09.2024
166

“Ermənistanda dağ-mədən sənayesi çox inkişaf edib. Xüsusilə , ermənilər uzun müddət Kəlbəcər rayonu ərazisində yerləşən Zod yatağında istismarla məşğul olublar”. 

Bu sözləri Hit.az-a “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

 O bildirib ki, emal zamanı  çirklənmiş su çaya axıdılır. O ərazidən də yalnız Oxçuçay axır. Oxçuçay birbaşa Araz çayına tökülür. Araz çayı vasitəsilə zəhərli elementlər Azərbaycana gəlir. Beləliklə,ətraf mühit çirklənir. Bu istiqamətdə Azərbaycan QHT-lərinin gördüyü işlər  təqdirəlayiqdir”.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökümətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə "Environmental protection first" koalisiyası tərəfindən dəstək ifadə olunub.

Sevinc
 

0