Satışda olan hər oyuncaq təhlükəsizdirmi?

ÖLKƏ
14:10 / 25.09.2026
44

Uşağa oyuncaq alarkən çoxumuz ilk növbədə onun rənginə, görünüşünə və qiymətinə baxırıq. 

Lakin mağazanın rəfində satılan hər oyuncaq həqiqətən uşağın sağlamlığı üçün təhlükəsiz olub-olmadığını bilmirik. Əfsuslar olsun ki, bəzi oyuncaqların hazırlanmasında istifadə olunan material, boya, xırda hissələr və hətta qoxusu övladlarımız üçün risk yarada bilər. Ona görə də oyuncaq alarkən bəzi nüanslara diqqət etmək lazımdır.

Pediatr Aytən Ziyadova Hit.az-a açıqlamasında bildirib ki, oyuncaqlar uşağın gündəlik həyatında sadəcə vaxt keçirmək üçün istifadə etdiyi əşyalar deyil:

410759

“Onlar uşağın hərəkət bacarıqlarının formalaşmasına, düşünmə qabiliyyətinin inkişafına və yaşıdları ilə ünsiyyət qurmasına da təsir göstərə bilər. Lakin oyuncaq seçimi zamanı onun görünüşü və uşağın zövqünə uyğunluğu ilə kifayətlənmək olmaz. Satışda olan məhsullar arasında təhlükəsizlik baxımından risk yarada biləcək oyuncaqlara da rast gəlmək mümkündür”.

Ekspert qeyd edib ki, xüsusilə kiçik yaşlı uşaqlarda oyuncağın xırda hissələrinin ağıza düşməsi boğulma, keyfiyyətsiz materiallar isə zəhərlənmə və ya allergik reaksiyalarla bağlı təhlükə yarada bilər: 

“İti və möhkəm bərkidilməmiş detallar isə uşağın xəsarət almasına səbəb ola bilər. Valideyn oyuncaq alarkən yalnız uşağın nəyi bəyəndiyini deyil, həmin məhsulun onun yaşına və təhlükəsizlik tələblərinə uyğun olub-olmadığını da nəzərə almalıdır. Məhsulun üzərindəki təhlükəsizlik nişanları və uyğunluğunu təsdiqləyən sənədlər də seçim zamanı diqqət edilməli məqamlardandır”.

Sevinc

0