“MediHall Hospital”ın fəaliyyət göstərdiyi bina satışa çıxarıldı

ÖLKƏ
19:38 / 13.10.2026
49

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 705 kvadratmetrə bərabərdir. 26 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 2 milyon 203 min manat olsa da, 1 milyon 872 min 550 manata satışa çıxarılıb.

Qeyd edək ki, bu obyektdə “MediHall Hospital” klinikası fəaliyyət göstərib.

Xatırladaq ki, bu ilin fevral ayının 10-da “MediHall Hospital”da əməliyyat olunan 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma başladılıb.
 

0