İlham Əliyev yeni hərbi hissəsinin AÇILIŞINDA

ÖLKƏ
12:12 / 25.06.2020
1166

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

HİT.Azxəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşdü.

0