Nine Senses Fest 2026: Sağlamlıq, inkişaf və yaradıcılıq bayramı başladı

ÖLKƏ
22:43 / 12.06.2026
106

Bakıda Nine Senses Fest 2026-ya möhtəşəm start verildi.

Hit.az xəbər verir ki, Nine Senses Fest 2026 layihəsi 13–14 iyun tarixlərində Sea Breeze Resort ərazisində davam edəcək. 

Qarşıdakı günlərdə proqram iştirakçıları Lev İvanovun, İmram Kriyanın və Pavel Piskaryovun təqdimatları, praktiki sessiyaları və görüşləri ilə yanaşı, konsert proqramları və xüsusi tədbirlər gözləyir.

Festivalın son günü isə Şərq mənəvi ənənələrinə həsr olunmuş Sufizm Günü ilə yadda qalacaq. Proqram çərçivəsində sufi təcrübələri, səma mərasimləri, zikrlər, Mövlana Cəlaləddin Ruminin poeziyasına həsr olunmuş təqdimatlar, immersiv art-performanslar və canlı musiqi proqramları keçiriləcək.

Nine Senses Fest 2026-nın yekunu Çingiz Mustafayevin “STATE of SOUND” adlı konsert proqramı və Marat Niqmatulinin “SBUDETSYA!” konserti ilə qeyd olunacaq.

Sağlamlıq, şüurlu həyat tərzi, incəsənət və şəxsi inkişaf istiqamətlərində dünyanın qabaqcıl təcrübələrini bir araya gətirən Nine Senses Fest 2026, iştirakçılara özlərini daha yaxından tanımaq, yeni biliklər qazanmaq və ilham almaq üçün unikal imkan yaradır.

0