Azərbaycanda məşhur musiqiçi ölüm ayağındadır

ÖLKƏ
09:20 / 22.07.2020
1523

Nağara ifaçısı Zöhrab Məmmədovun səhhəti pisləşib.

Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. O bildirib ki, musiqiçi uzun müddətdir yataq xəstəsidir.

Onun müalicəsi üçün maddi dəstəyə ehtiyacı var: "Bir dəfə yaxınları yardım üçün kampaniya başlatdılar. Amma heç bir köməkliyi olmadı. Zöhrab nağara sənətinin ən öndəgedən isimlərindən biridir. Ancaq populyar oxuyanlara yox, belə musiqiçilərə də yardım edin. Vəziyyəti yaxşı deyil".

Qeyd edək ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar.

Sənətçinin təcili əməliyyata ehtiyacı var.

0
Axsam.Az