Messidən Dünya Çempionatında YENİ REKORDLAR

İDMAN
11:00 / 23.06.2026
268

Ötən gün Dünya Çempionatında Argentina Avstriya ilə qarşılaşıb.

Hit.az xəbər verir ki, son dünya çempionu rəqibini 2-0 hesabı ilə məğlub edib.

Argentinanın qollarını 38 və 90+5-ci dəqiqədə Leo Messi vurub. Bununla da Argentina millisi növbəti mərhələni təmin edib.

Messi üçün rekordlar gecəsi
Kapitan növbəti dəfə yeni rekorda imza atıb. O, Dünya çempionatları tarixində 18 qolla ən çox qol vuran futbolçu olub. Həmçinin, ulduz futbolçu dünya çempionatlarında ardıcıl 6 matçda qol vuran ilk futbolçu olub.

Hazırkı mundialda 2 matçda 5 qol vuran Leo bombardirlər siyahısına başçılıq edir. 38 yaşlı əfsanəvi futbolçu oyunun ən yaxşısı da seçilib.

Antirekord da qırdı
Matçda başqa unikal göstəricilər də qeydə alınıb. Leo Messi mundialda 7 dəfə ilə ən çox penalti zərbəsi yerinə yetirən futbolçu olub. O, bu penaltilərdən 4-ünü qola çevirə bilib, 3-ünü isə qaçırıb. Bunlardan biri də dünənki matça təsadüf edib.

Messi oyunun 9-cu dəqiqəsində penalti zərbəsini dəqiqə yetirə bilməyib və topu auta atıb. O, bu baxımdan da antirekord müəllifi olub. Yəni mundial tarixində ən çox penalti qaçıran futbolçu adına yiyələnib. 

Elmir Mustafa

0