Bakını bürüyən qanadlı qarışqalar təhlükəlidir?

ÖLKƏ
12:31 / 24.06.2026
200

Paytaxt sakinləri son günlər qeyri-adi mənzərə ilə qarşılaşırlar. 

Axşam saatlarında küçələri, binaların fasadlarını və işıqlandırılan əraziləri saysız-hesabsız qanadlı qarışqalar bürüyür. Xüsusilə güclü işıq mənbələrinin ətrafında toplaşan həşəratlar bəzi ərazilərdə sanki görünən mənzərəni dəyişdirib.

Bununla bağlı sosial şəbəkələrdə çoxlu sayda video görüntü yayılıb. Həmin görüntülərdə minlərlə qanadlı qarışqa işıqların ətrafında dövrə vurur, bəzən isə insanların hərəkətinə belə mane olur. 

Maraqlıdır, bu həşaratların nə kimi təhlükəsi var? 

Ekoloq Ənvər Əliyev Hit.az-a açıqlamasında deyib ki, qanadlı qarışqaların qəfil şəkildə görünməsi adətən təbiətdə baş verən mövsümi proseslərlə bağlıdır:

402668

“Havanın isinməsi və atmosfer şəraitindəki dəyişikliklər onların yuvalarını tərk edərək yeni ərazilərə yayılmasına səbəb olur. Güclü hava axınları isə bu həşəratların qısa müddətdə geniş coğrafiyada müşahidə edilməsinə şərait yaradır”.

Ekspert bildirib ki, bu canlıların yaşayış məntəqələrində çoxalması müəyyən sanitariya problemləri yarada bilər: 

“Mənzillərə və qapalı məkanlara daxil olan qarışqalar qida məhsulları ilə təmasda olduqda gigiyenik riskləri artırır. Həssas insanlarda isə onların yaratdığı təsirlər qaşınma, qıcıqlanma və digər allergik əlamətlərlə müşayiət oluna bilər. Həmçinin, müxtəlif mühitlərlə təmasda olan həşəratlar bəzi mikrobların və parazitlərin yayılmasında dolayı rol oynaya bilirlər”. 

Günel Cəlilova

0